Almaniyada "Azərsun" məhsullarını kim satır?

Almaniyada

09-06-2019 18:08 / Bu xəbər 141 dəfə oxundu

"Almaniyanın Essen şəhərində Lützowstraße 28a ünvanında ərzaq məhsullarının topdansatış mərkəzi var. Burada "Azərsun" şirkətinin məhsulları da satılır". 

Bunu jurnalist Cavanşir Həsənli yazıb.

O bildirib ki, satış rəsmi distribüter ALSU ("Azərsun") GMBH şirkəti vasitəsilə həyata keçirilir: "Rəhbəri Emil Salayevdir, özü əvvəllər "Azərsun" Holdinqdə çalışıb. Çox gözəl, deyə bilərik ki, Azərbaycan məhsulları Avropa bazarlarına çıxarılır, amma anlamıram, almanlar nədən "Azərsun" yağı alsınlar ki?".

Jurnalist hesab edir ki, bu məsələdə hansısa bir anlaşılmazlıq var.