Almaniyada daha bir aksiyadan Azərbaycana çağırış - FOTO

Almaniyada daha bir aksiyadan Azərbaycana çağırış - FOTO

10-07-2017 02:51 / Bu xəbər 1423 dəfə oxundu

Siyasi məhbuslara azadlıq tələb olundu 

İyulun 9-da Almaniyanın  Marktredwitz şəhərində mühacir müsavatçı Zakir Ağayevin təşkilatçılığı aksiya keçirilib. 

Aksiya iştirakçıları Azərbaycan hakimiyyətinin son dövrlər həbsdə olan siyasi məhbuslara xüsusilə də heykəl məhbusları Qiyas və Bayrama işgəncə verilməsini qətiyyətlə pisləyiblər. 

İştirakçılar həmçinin araşdırmaçı jurnalist Əfqan Muxtarlı və Gözəl Bayramlıya qarşı qeyri-humanist hərəkətləri pisləyib, onların dərhal vacibli dərmanlarla təmin olunmasını tələb ediblər. 

Aksiyada həmçinin bütün siyasi məhbuslara azadlı şüarı səsləndirilib. 

Aksiyanın təşkilatçısı Zakir Ağayevin bildirdiyinə görə hər ay bu cür aksiyaları davam etdirəcəklər.