Almaniyadakı müsavatçının qardaşı polisə aparıldı

Almaniyadakı müsavatçının qardaşı polisə aparıldı

17-02-2017 16:56 / Bu xəbər 2279 dəfə oxundu

Zakir Ağayev: "Geri çəkilməyəcəyik və sabahkı mitinqimiz əvvəlkilərdən daha möhtəşəm olacaq”

Müsavat AKM-in fevralın 18-də Almaniyanın Köln şəhərəində "Siyasi məhbuslara azadlıq” şüarı altında keçirəcəyi mitinq Azərbaycan hakimiyyətinin ciddi narahatçılığına səbəb olub. Xəbər verdiyimiz kimi, Əliyev hakimiyyətinin Almaniyadakı təmsilçiləri eyni gündə alternativ aksiya keçirmək qərarına gəliblər.

Paralel olaraq mühacir müsavatçıların Azərbaycandakı ailə üzvlərinə təzyiqlər başlayıb. Sabahkı mitinqin təşkilatçılarından biri,  Müsavat AKM-in Məclis üzvü və təşkilatın Bavariya üzrə korrdinatoru Zakir Ağayevin qardaşı Mahir Ağayev bu gün Cəlilabad rayon polis idarəsinə aparılıb. Bu haqda "Basta”ya Zakir Ağayev özü məlumat verib. 

"Bu gün səhər qardaşım Mahir Ağayev Cəlilabad rayon polis idarəsinə aparılıb. Ona əsasən mənim Almaniyadakı fəaliytimlə bağlı suallar veriblər. Deyiblər ki, qardaşın Zakir Ağayev facebookda çox fəallıq edir və dövlət əleyhinə statuslar paylaşır. Onların əsas sualı mənim Müsavat AKM-dəki fəaliyyətimlə bağlı olub. Qardaşımdan tələb ediblər ki, mənimlə əlaqə saxlasın və Müsavatdan aralanmağım üçün mənə təsir etsin. Təxminən bir saatlıq görüş sırasında qardaşıma psixoloji təzyiqlərolunub. Qardaşıma bildiriblər ki, Zakir fəaliytinə davam etsə, onları, yəni Azərbaycanda qalan qohumlarımı böyük təhlükə gözləyir”, – Zakir Ağayev bildirib.

"Buradan elan edirəm ki, heç bir təzyiq məni yolumdan döndərə bilməyəcək. Hakjmiyyətin əsas qorxusu AKM-in sabahkı mitinqidiri. Məqsədləri aksiyada kütləviliyi azaltmaqdır. Qardaşımı polisə aparmaları da buna xidmət edir ki qorxub geri çəkilək. Geri çəkilməyəcəyik və sabahkı mitinqimiz əvvəlkilərdən daha möhtəşəm olacaq”, – Zakir Ağayev bildirib.
.
15741247_1202782266454526_6214010829162833618_nhttps://i1.wp.com/bastainfo.com/wp-content/uploads/2017/02/15741247_1202782266454526_6214010829162833618_n.jpg?resize=300%2C159 300w, https://i1.wp.com/bastainfo.com/wp-content/uploads/2017/02/15741247_1202782266454526_6214010829162833618_n.jpg?resize=768%2C407 768w" sizes="(max-width: 800px) 100vw, 800px" width="770" height="408" style="max-width: 100%; height: auto; vertical-align: top; margin-bottom: 0px;" />
.
 
 
 
Mustafa Hacıbəyli
 
Bastainfo.com