Anar Məmmədova məxsus ticarət mərkəzinin suyu kəsildi

Anar Məmmədova məxsus ticarət mərkəzinin suyu kəsildi

28-09-2016 22:29 / Bu xəbər 2954 dəfə oxundu

Sentyabrın 28-i səhər saatlarından "Azərsu” ASC  metronun "28 May” stansiyasının qarşısındakı yeraltı piyada keçidində yerləşən ticarət mərkəzinin suyunu kəsib. 

Buna səbəb ticarət mərkəzinin "Azərsu” ASC-yə 38 min manat borcunun olmasıdır. Satıcılar yaranmış vəziyyətə görə ticarət mərkəzinin daxil olduğu "Garant Holding” şirkətini günahlandırır. 

Onların mərkəzə heç bir borclarının olmadığını, icarə haqlarını vaxtlı vaxtında ödədiklərini bildiriblər.

Xatırladaq ki, "Garant Holding” şirkəti nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsusdur.///azadliq.info