Ankarada Kamal Kılıçdaroğluna hücum edildi

Ankarada Kamal Kılıçdaroğluna hücum edildi

21-04-2019 17:43 / Bu xəbər 299 dəfə oxundu

Ankarada dəfn mərasimində CHP lideri Kamal Kılıçdaroğluna hücum edilib

Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğluna Ankarada hücum edilib.

Bu barədə "İhlas" xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə Ankaranın Çubuk rayonunda Hakkaridə PKK terrorçuları tərəfindən şəhid edilən hərbçi Yener Kırıkçının dəfni mərasimində baş verib. Belə ki, CHP liderinə qarşı şüarlar səsləndirib, ona daş-kəsək atılıb.

Mərasiminin sonunda gərginlik daha da artıb, hətta CHP liderinə yumruqla zərbələr endirilib. 

K. Kılıçdaroğlu yaxınlıqdakı bir evə gətirilib, sonra da zirehli maşınla oradan çıxarılıb.

Ankara Baş Prokurorluğu olayla bağlı cinayət işi açıb.