Antisosial siyasət necə olur ki?

Antisosial siyasət necə olur ki?

14-03-2019 13:23 / Bu xəbər 1212 dəfə oxundu

İlqar Məmmədov

25 ildə Əliyev rejimi Azərbaycan xalqına nə edibsə, azərbaycanlılar yaşla əlaqədar xəstəliklərin kəskin artmasını özlərində 58 yaşdan başlayaraq hiss etməyə başlayırlar, ermənilər isə 64 yaşdan.

Bir qrup amerikalı alim, 192 ölkə üzrə geniş tibbi statistik araşdırma aparmışdır. Əvvəlcə, onlar yaşla əlaqədar olan 90 xəstəlik növünü müəyyən etdilər. Sonra o xəstəliklərin insanlarda haçan kəskin artdığını hesabladılar.

Bu yaş həddinin dünya üzrə ortalama 65 olduğu üzə çıxdı. Amma İsveçrədə 76, Əfqanıstanda: 51 yaş imiş.

Ermənistandakı göstərici dünya üzrə ortalamaya yaxındır. Gürcüstanda bir az aşağıdır: 60 yaş.

Azərbaycanlılar isə 58 yaşdan sonra demək olar ki, xəstədirlər.

Bunun səbəbi heç də əsasən tibbin keyfiyyətində deyil. 

Millətimizi ermənilərdən və gürcülərdən daha xəstə edən onun:
1) nə yeməsi; 
2) nə içməsi; 
3) ömür boyu hansı əmək şəraitində işləməsi; 
4) hansı ətraf mühitdə yaşaması; 
5) hansı keyfiyyətdə tibbi xidmət və dərman alması;
6) təhsil səviyyəsi və bir çox başqa amillərdir.

Bu amillərin böyük əksəriyyətinə, bəlkə də hamısına, hakimiyyət təsir edə bilir. Xüsusilə də 25 il kimi uzun müddətlərdə: alimlərin hesabladığı nəticələrə əsasən, 1990-cu ildə üç ölkənin vəziyyəti təxminən eyni idi. 

25 ildə Ermənistan və Gürcüstanın vəziyyəti nə qədər də olsa yaxşılaşmışdır, Azərbaycanın vəziyyəti isə pisləşmişdir.

Bunu Əliyev rejiminin anti-sosial siyasəti etməmişdirdsə, kimin siyasəti etmişdir?

Araşdırmanın özü:


Yazı müəllifin bloqundan götürülüb.