Aprel döyüşçüsü: " Prezidentə də müraciət etmişəm"

Aprel döyüşçüsü:

11-06-2019 18:05 / Bu xəbər 1085 dəfə oxundu

Şirvan şəhər sakini Zaur Əhmədov "Xalq Sığorta” şirkətindən şikayətçidir. O, 2015-ci ilin avqustunda "Xalq Bank”dan ipoteka ilə ev alıb və əmlaka dair "Xalq Sığorta” ilə sığorta müqaviləsi bağlayıb. 

Zaur Əhmədov 2016-ci ildə Araz zavodunda baş vermiş  partlayış nəticəsində şirkətin evinə dəymiş ziyanı ödəmədiyini deyir. Şirkət evin alındığı dönəmdə bu halın aşkar olunmamasını evə dəyən ziyanın partlayış nəticəsində yox, evin çardaq və drenaj sisteminin ev sahibi tərəfindən düzgün qurulmaması ilə əsaslandırıb.

 Məhkəmənin hər üç instansiyası bankın lehinə qərar çıxarıb. 

Şikayətçinin məsələ ilə bağlı dövlət qurumlarına  müraciətləri də cavabsız qalıb. 

Zaur Əhmədov evinə dəyən ziyanla bağlı  rəy verilməsi üçün Fövqəladə Hallar Nazirliyi yanında Tikintiyə Nəzarət Dövlət Agentliyinə də müraciət edib. 

Şikayətçi sığorta müqaviləsinin vaxtının bitdiyindən evi yenidən sığorta etmək üçün müraciət etsə də imtina cavabı alıb. 

Məsələ ilə bağlı "Xalq Sığorta” ilə əlaqə yaratmağa çalışsaq da zənglərimiz cavabsız qalıb.

Hazırladı: Şəhla Abbas
Toplum.Tv
]