Aqramunt istefa verdi

Aqramunt istefa verdi

06-10-2017 16:07 / Bu xəbər 1268 dəfə oxundu

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramunt istefa verib.
 
Toplum Tv-nin məlumatına görə, bu barədə o, özünün "Twitter” səhifəsində yazıb.
 
"Bu gün şəxsi səbəblərdən AŞPA-ya sədrlik etməmək qərarı verdim”,- deyə P. Aqramunt bildirib. 
 
P. Aqramunt Rusiya Dövlət Dumasının sədr müavini Vladimir Vasilyevin rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti ilə birlikdə bu ilin martında Suriyaya səfər edərək, bir sıra görüşlər keçirib, o cümlədən Suriya prezidenti Bəşər Əsədlə görüşmüşdü.
 
Bu isə AŞPA üzvlərinin narazılığı ilə qarşılanıb. Parlamentarilər P. Aqramunta etimadsızlıq məsələsini qaldırmışdı.
 
P. Aqramuntun AŞPA-nın ötən sessiyasında istefasını elan edəcəyi gözlənilsə də, o bunu etməmişdi.

Arqument.Az