Arda Turan millidən qovuldu

Arda Turan millidən qovuldu

06-06-2017 17:42 / Bu xəbər 2817 dəfə oxundu

Futbol üzrə Türkiyə milli komandasının kapitanı Arda Turan millidən kənarlaşdırılıb.

"Qaynarinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, Arda Turan Makedoniya ilə oyundan qayıdan zaman təyyarədə jurnalist Bilal Meşeye hücum edərək onu təhqir edib və vurmağa çalışıb. 

Hadisədən sonra Türkiyə Futbol Federasiyasının sədri Yıldırım Demirören, Ali Dürüst və başq məşqçi Fatih Terimin iştirakı ilə yığıncaq keçirilib. Futbolçu Kosova ilə görüşdə iştirak edəcək oyunçuların siyahısından çıxarılıb və millinin düşərgəsindən göndərilib.