Arif Alışanov həbs oluna bilər

Arif Alışanov həbs oluna bilər

16-01-2019 01:13 / Bu xəbər 17881 dəfə oxundu

Vəzifədən azad edilən AzTV sədri Arif Alışanov həbs edilə bilər. 

Bu barədə 24saat.org xəbər yayıb.

Məlumatda deyilir ki, bir müddət öncə Arif Alışanova sui-qəsd ittihamı ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işinə baxılarkən, bir çox məqamlar ortaya çıxmışdı.

Belə ki, Arif Alışanovun, şamaxı, Kürdəmi və müxtəlif tayonlarda dəyəri milyonlarla ölçülən torpaq sahələri və əmlaklar alması cinayət işi materialalrında təsdiq olunub. 

Həmçinin təqsirləndirilən Şücaət Əkbərov bildirmişdi ki, Arif Alışanov Şamaxıya gəzdiyi qızla gəlib və onu dağdan çaya ataraq öldürüb. Bu məsələnin araşdırılmaması hətta Milli Məclisdə deputatlar səviyyəsində səsləndirilmişdi.

Həmin vaxt AzTV sədri olan Arif Alışanov bu məsələlərlə bağlı məsuliyyətdən yaxasını qurtarmağa nail olmuşdu.

"Arif Alışanov Şamaxıya gəzdiyi qızla gəlib və onu dağdan çaya ataraq öldürüb”

Artıq onun həm milyonlarla torpaq sahəsinin alındığı vəsaitlərin hansı yolla əldə olunması, həm də qız ölümü ilə bağlı bağlı məsələnin araşdırıldığı bildirilir.

Bakı Ağır Cinayətlər Məhkəməsində Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun barəsində olan cinayət işi üzrə hökm oxunub.

Hökmə əsasən, Ş. Əkbərov 18 il, Z. Şirinov 16 il, Q. Cəbiyev 17 il müddətinə azadlıqdan məhrum edilib.

A. Hüseynov barəsində isə 1 il 4 ay müddətində şərti cəza seçilib və məhkəmə zalından azadlığa buraxılıb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 178-ci (dələduzluq) və digər maddələrinə əsasən ittiham olunurdular.