Arif Hacılı Avropa Parlamentində - FOTO

Arif Hacılı Avropa Parlamentində - FOTO

09-11-2017 00:37 / Bu xəbər 190 dəfə oxundu

Hazırda Müsavat başqanı Arif Hacılı Avropa Parlamentində "Avropa, Şərq tərəfdaşlığı” mövzusunda müzakirələrdə iştirak edir.

Arif Hacılı Ukrayna, Moldova, Gürcüstan, Belorus, Ermənistan, Rusiya, Litva, Estoniya və başqa ölkələrdən olan siyasi partiya və ictimai təşkilat rəhbərləri ilə birlikdə qatıldığı "Avropa Şərq Tərəfdaşlığı” mövzusunun müzakirələrini müsbət qiymətləndirib.

Arif Hacılının "Basta” ya verdiyi məlumata görə ALDE Prezidenti Van Baalen, Avropa Parlamentində ALDE qrup rəhbəri Guy Verhofstadt və çoxsaylı Avropa Parlamenti üzvlərinin də iştirakı etdiyi toplantıda ölkələrimizin problemləri, həm də Qarabağ mövzusunda müzakirələrin nəticələrindən Müsavat başqanının çox razı qaldığı debatları olub.

Arif Hacılının Brussel səfəri ilə əlaqəli digər görüşlər barədə məlumat veriləcək.