Arif Hacılı Brüsselə gedib

Arif Hacılı Brüsselə gedib

08-11-2017 10:04 / Bu xəbər 1267 dəfə oxundu

Müsavat Partiyasının başqanı Arif Hacılı Brüsselə səfər edib. 

Bastainfo.com xəbər verir ki, Müsavat başqanı noyabrın 8-9-da Avropa Parlamentində Avropa Birliyinin Şərq Tərəfdaşlığı proqramı çərçivəsində təşkil olunan müzakirələrdə iştirak edəcək.

Arif Hacılı toplantıya Müsavatın üzv olduğu Beynəlxalq Liberal-Demokratik İttifaq (ALDE) tərəfindən dəvət edilib.

Şərq Tərəfdaşlığı – Polşa və İsveçin Avropa Birliyinın qonşuluq siyasəti çərçivəsində MDB ölkələri ilə münasibətlərinin yaxşılaşdırlmasına yönəldilmiş təşəbbüsüdür. 

Şərq tərəfdaşlığı proqramı Avropa Birliyinin altı qonşu ölkəsini – Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belorusiya və Ukraynanı əhatə edir.