Arif Hacılı Böyük Britaniya səfiri ilə görüşdü

Arif Hacılı Böyük Britaniya səfiri ilə görüşdü

25-08-2016 15:50 / Bu xəbər 767 dəfə oxundu

Bu gün Müsavat Partiyasının başqanı Arif Hacılı Böyük Britaniyanın Azərbaycandakı səfiri, xanım Karol Kroftsla görüşüb. 

Partiyadan Arqument.Az-a daxil olan məlumata görə, görüşdə Azərbaycanda ictimai-siyasi vəziyyət, 26 sentyabra təyin olunan Referendumun mahiyyəti və mümkün nəticələri ilə bağlı ətraflı müzakirələr aparılıb.

Görüşdə son dövrlər həyata keçirilən siyasi motivli həbslər, məhkəmə prosesləri, imzatoplama prosesində Müsavat Partiyasının üzvlərinə qarşı təzyiqlər, söz və mətbuat azadlığının indiki durumu, ölkədəki sosial-iqtisadi vəziyyət, dünyada və regionda baş verən hadisələr müzakirə olunub. 

Görüşdə qeyd edilən məsələlərlə bağlı Müsavat Partiyasının mövqeyi səfirin diqqətinə çatdırılıb.

Görüşdə həmçinin Böyük Britaniya səfirliyi ilə Müsavat Partiyası arasında əməkdaşlıq münasibətlərinin bundan sonra da davam etdiriləcəyi qeyd edilib. 

Görüşdə Müsavat Partiyası başqanının xarici siyasət məsələləri üzrə müavini Səxavət Soltanlı iştirak edib.

Arqument.Az