Arif Hacılı "Dəyirmi masa" iclasına qatılmama səbəbini açıqlayıb

Arif Hacılı

11-09-2019 15:38 / Bu xəbər 876 dəfə oxundu

Bakıda hakim siyasi partiyalar, media və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə "Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı” mövzusunda dəyirmi masa keçirilir.

Bu barədə "APA" İA xəbər verir.

Xəbərdə deyilir ki, tədbirdə Yeni Azərbaycan Partiyasını (YAP) partiyanın sədr müavini - icra katibi Əli Əhmədov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, AĞ Partiyanın sədri Tural Abbaslı, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev də iştitak edir.

Müsavat Partiyasının başqanı Arif Hacılıya dəvət göndərilsə də, dəyirmi masaya qatılmayıb.

Arif Hacılı tədbirə qatılmamasının səbəbini  "Basta”ya açıqlayıb.

"Dəyirmi Masada müzakirə olunacaq mövzunun qeyri-müəyyənliyinə və təddbirin formatı bizi qane etmədiyinə görə tədbirdə iştirak etmədik”, – deyə Arif Hacılı bildirib.