Arif Hacılı Vendi Silvermanla görüşüb

Arif Hacılı Vendi Silvermanla görüşüb

18-05-2019 10:40 / Bu xəbər 328 dəfə oxundu

Müsavat Partiyasının başqanı Arif Hacılı ABŞ Dövlət Departamentində Demokratiya və İnsan Haqları bürosunun Qafqaz işləri üzrə məsul nümayəndəsi Vendi Silvermanla görüşüb.

Bu barədə Arif Hacılı özü məlumat yayıb.

O bildirib ki, Departament rəsmisi ilə Azərbaycanda və regionda ümumi siyasi vəziyyəti, həmçinin söz və ifadə, sərbəst toplaşma azadlığı, siyasi məhbuslala bağlı məsələləri müzakirə edilib.

A. Hacılı həmçinin deyib ki, ABŞ Dövlət Departamenti və ABŞ-ın Azərbaycandakı səfirliyi ilə əlaqələrin daha da yaxşılaşdırılmasının yolları barədə fikir mübadiləsi aparılıb.