Arif Hacılıdan hakimiyyətə çağırış: "Konstitusiyaya əməl et!"

Arif Hacılıdan hakimiyyətə çağırış:

05-08-2019 19:50 / Bu xəbər 920 dəfə oxundu

Müsavat başqanı Arif Hacılı öz feysbuk səhifəsində Ermənistan hakimiyyətinin Qarabağda rəsmən elan edilmiş 1-ci erməni oyunları ilə bağlı Azərbaycan hakimiyyətini tənqid edib. 
 
Bu barədə o feysbukda yazıb. 

Arif Hacılı qeyd edib: "30 ildir "erməni oyunları”nın meydanı olan Dağlıq Qarabağda rəsmən elan edilmiş 1-ci erməni oyunları keçiriləcək. Hətta Türkiyədə yaşayan ermənilər etiraz edir. Amma İlham Əliyev, Azərbaycan Xarici İşlər Nazirliyi qətiyyətlə susur. 

Müsavat qərargahında keçirilən xeyriyyə marafonu, keçirdiyimiz dinc mitinqlər, piketlər barədə birgə bəyanatlar yayan DİN, Pespublika Prokurorluğu bu böyük qanunsuzluğa reaksiya vermir. 

Paşinyan erməni-rus silahlı birləşmələri tərəfindən işğal edilmiş ərazilərimizin Beynəlxalq Birliyin gözündə suveren ərazilər kimi legitimləşdirmək üçün sistemli iş aparır. Azərbaycan hakimiyyəti isə bununla barışmış kimi görünür".

Müsavat başqanı hakimiyyəti Konstitusiyaya əməl etməyə çağırıb: "Ərazilərimizin və əhalimizin qorunması, bütün ərazilərimizdə dövlətimizin suverenliyinin təmin edilməsinə nail olmaq dövlət başçısının, ali baş komandanın borcudur. Konstitusiyaya əməl et!"