"Asan imza'dan qaz vurub qazan dolduranlar" - Qubad İbadoğlu

09-04-2017 13:36 / Bu xəbər 2602 dəfə oxundu

Aprel ayından hüquqi, fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olanlarla bağlı yeni qaydalar tətbiq edilir. Qaydalara görə, "Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat" lar elektron imza kartından və ya mobil imzadan istifadə etməklə təqdim olunmalıdır. Hesabatların təqdimatında son tarix aprelin 20-dir.

Bu müddətə qədər hesabatını yeni qaydalarla verə bilməyənlər 44 manat cərimələnəcək.

Statistik məlumatlara görə, Azərbaycanda qeydiyyatdan keçmiş hüquqi firma yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sayı 600 mindən çoxdur. Onlar yaxın 10 gün müddətinə qədər ya Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən elektron imza kartı, ya da Vergilər Nazirliyi və mobil operatordanmobil imza almalıdırlar. Bu səbəbdən də hazırda mobil operatorların müştəri xidmətlərinə və "ASAN xidmət" mərkəzlərinə müraciətlərin sayı artıb.

"15 milyon manatlıq soyğunçuluq..."

ASAN xidmətin Qəbələdəki yeni binasının açılışı
ASAN xidmətin Qəbələdəki yeni binasının açılışı

Yeni qaydalara görə, hüquqi şəxslərin rəhbərləri və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər öncə mobil operatorların müştəri xidmətlərinə müraciət etməli, onlara məxsus olan nömrəni "Asan imza” xidmətinə qoşdurmalıdırlar. Bu xidmətə görə, hər bir şəxs mobil operatorlara 36 aydan ötrü birdəfəlik 23 manat, hər ay isə 1 manat aylıq ödəniş etməlidir.

Bu isə o deməkdir ki, "Asan imza”ya görə fiziki şəxslərin birdəfəlik ödənişləri 15 milyon manata qədər, aylıq ödənişləri isə 600 min manatdan çox olacaq. Bu ödəniş və əməliyyatlardan sonra mobil nömrələrini "Asan imza” xidmətinə qoşan fiziki şəxslər "ASAN xidmət" mərkəzlərində "Kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərin qeydiyyatı ” şöbələrinə müraciət etməlidirlər.

İqtisadçı baş verənləri 15 milyon manatlıq soyğunluq kimi dəyərləndirir.

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğluhesab edir ki, bu prosedurların məsrəfli və mürəkkəb tərəfləri olacaq. O, üstəlik, bu sisteməqısa müddətə keçidin müəyyən fəsadlar yaradacağını düşünür.

İqtisadçının fikrincə, əlavə məsrəf və vaxt itkisinə gətirib çıxaran yeni qaydalarla hesabatlılıq barədə fiziki şəxslərin çoxunun məlumatı yoxdur. Onlar yalnız əvvəlki qaydada hesabat yollamaq istəyəndə məlum olacaq ki, həmin sistem aktiv deyil, yeni qaydalar işə düşüb:

" Buna məsul olan şəxslər fiziki şəxslərə nəinki bildiriş göndərməyib, hətta öz sistemlərini belə yeni qaydalara tam inteqrasiya etməyiblər. Hətta bu gün elektron imzaya malik olanlar hesabatlarını təqdim edə bilmirlər. Çünki onu qəbul edən qarşı tərəf texniki cəhətdən buna hazır deyil”
ASAN xidmətin Astara ofisi, iyul 2013
ASAN xidmətin Astara ofisi, iyul 2013

İqtisadçı nə təklif edir?

İqtisadçının bildirməsinə görə, bu problem yalnız hesabatın verilməsində deyil, həmçinin "Asan imza” alınmasında da müşahidə edilir.

"Belə ki, aprelin 8-də Vergilər Nazirliyinin sistemində texniki nasazlıq ucbatından "Asan imza”ya müraciət edənlərə xidmət göstərilməyib. Göründüyü kimi, "Asan imza”ya keçiddən qazananlar yüz minlərlə müştəriyə xidmət edəcək elektron sistemlərini belə hazır vəziyyətə gətirməyiblər”, - Q.İbadoğlu bildirib.

O, sadalanan səbəblərlə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu qərarı təxirə salmağı və onun müddətini uzatmağı təklif edib.

İqtisadçının bu fikirlərinə, hələlik,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər sözü gedən hökumətqurumlarının münasibətini almaq mümkün olmayıb.///Azadliq.org