AŞPA həmməruzəçiləri Bakıya gələcək

AŞPA həmməruzəçiləri Bakıya gələcək

27-07-2017 16:17 / Bu xəbər 943 dəfə oxundu

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Azərbaycana səfər edəcək.

Bu haqda həmməruzəçilərdən Stefan Şennak (Avstriya) məlumat yayıb.

O bildirib ki, səfər qarşıdakı bir ay ərzində baş tutacaq.

Stefan Şennak və Sezar Predanın (Rumıniya) ölkə rəhbərliyi ilə görüşlər keçirəcəyi bildirilir.

Sonuncu dəfə həmməruzəçilər bu il iyunun 12-dən 14-ə kimi Azərbaycanda səfərdə olublar. Səfər zamanı onlar vətəndaş cəmiyyətinin nümayəndələri, vəkillər, parlamentdən kənar müxalifət partiyalarının nümayəndələri və rəsmilərlə bir araya gəliblər.

Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. 

Bu quruma üzv olarkən Azərbaycan insan haqları, azad seçkilər, Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və daha bir çox məsələlərlə bağlı üzərinə öhdəlik götürüb. 

Azərbaycan hələ də qurumun monitorinqi altındadır.///azadliq.org