AŞPA məruzəçiləri dinc nümayişçilərə qarşı polis zorakılığına etiraz ediblər

AŞPA məruzəçiləri dinc nümayişçilərə qarşı polis zorakılığına etiraz ediblər

21-02-2020 16:12 / Bu xəbər 274 dəfə oxundu

"Günahkarlar məsuliyyətə cəlb olunmalıdırlar”

"Dinc nümayişçilərə qarşı polis zorakılığının artması bizi çox narahat edir”.

"Turan" İnformasiya Agentliyinin xəbərinə görə, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanın monitorinqi üzrə həmməruzəçiləri Stefan Şennax (Avstriya) və Roger Gale (Birləşmiş Krallıq) Azərbaycanda son hadisələrlə bağlı deyiblər.

Məruzəçilər 9 fevral 2020-ci ildə keçirilmiş parlament seçkilərinin nəticələrinə etiraz edənlərin dağıdılmasına dair məlumatlara istinad edərək, bəyanat veriblər.

Onlar bildiriblər ki, "Sərhədsiz reportyorların” nümayişləri sənədləşdirən jurnalistlərə qarşı maneə və fiziki zorakılıq olması barədə iddiaları xüsusilə narahatlıq doğurur.

"Bütün bu hallar araşdırılmalı və günahkarlar məsuliyyətə cəlb olunmalıdırlar”, - deyə məruzəçilər əlavə ediblər.

Məruzəçilər bildiriblər ki, parlamentdənkənar müxalifətin liderləri İlqar Məmmədov (REAL), Arif Hacılı (Müsavat Partiyası) və Ruslan İzzətlı (D18) ilə bağlı ən son məlumatlar, həmçinin Mehman Hüseynov da daxil omaqla 100-dən çox fəalın icazəsiz etiraz aksiyası ilə bağlı həbs olunmaları xüsusila narahatlıq doğurur.

"Plüralizmin yatırılması tamamilə qəbuledilməzdir və dərhal dayandırılmalıdır. Azərbaycan hakimiyyətini demokratik prosesin bir hissəsi olan dinc nümayişlərə icazə verməyə çağırırıq”, - məruzəçilər deyiblər.