Aşıq Ədalət dünyasını dəyişdi

Aşıq Ədalət dünyasını dəyişdi

14-09-2017 20:05 / Bu xəbər 2869 dəfə oxundu

Azərbaycanın əməkdar incəsənət xadimi Ədalət Nəsibov (Aşıq Ədalət) dünyasını dəyişib. 

Bu barədə yenicag.az-a aşığın oğlu Hekayət Nəsibov məlumat verib.

O, 78 yaşlı atasının qəfildən halının pisləşdiyini söyləyib:

"Dünən yaxşı idi, mənimlə zarafatlaşdı. Axşam halı pisləşdi, həkim çağırdıq. Bir az əvvəl gözlərini yumdu. Onun son sözü bu oldu ki, mənə görə çox əziyyət çəkdiniz, haqqınızı halal edin”.

Ustad sənətkar xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Aşıq 1939-cu ildə Qazaxda dünyaya gəlib. Onun ustadı Aşıq Əli olub. Aşıq Ədalət "Qaytarma", "Baş sarıtel", "Ruhani", "Yanıq Kərəm" və başqa saz havalarını bənzərsiz ifaçılarındandır.