Astarada namizədin nümayəndələri təhdid edilir

Astarada namizədin nümayəndələri təhdid edilir

14-02-2020 17:44 / Bu xəbər 1899 dəfə oxundu

77 saylı Astara seçki dairəsindən namizəd Rövşən Bağırovun müşahidəçiləri və məşvərətçi səs hüquqlu şəxslərin təhid edildiyi bildirilir.

Bu barədə Arqument.az-a Rövşən Bağıov məlumat verib.

O bildirib ki, 77 saylı DSK-nın sədri Hikmət Əkbərov məşvərətçi hüquqlu şəxsləri və müşahidəçiəri dairəyə çağıraraq, təhdid edib. 
 

Hikmət Əkbərov

Belə ki, ötən gün məşvərətçi səs hüquqlu şəxs Fəranə Mikayılova, bu gün də İsayeva Xanımnisə DSK-ya çağırılıb. 

Onlardan şikayət etmədiyi barədə izahat istənilib. 

Rövşən Bağırov bununla bağlı Mərkəzi Seçki Komissiyasına şikayət edəcəyini bildirib. 

 77 saylı DSK-nın sədri Hikmət Əkbərovdan isə açıqlama almaq mümkün olmayıb.