Asudə vaxtlarınızda oxuya biləcəyiniz 10 hekayə

Asudə vaxtlarınızda oxuya biləcəyiniz 10 hekayə

28-09-2015 11:23 / Bu xəbər 2174 dəfə oxundu

Bu ədəbi əsərlər vaxtınızı çox almayacaq, 15 dəqiqəyə sizi öz dünyasına aparıb ruhlandıracaq.

1. "Son yarpaq" (O. Henri)

Xeyir və ruhun gücündən bəhs edən inanılmaz təsirli hekayə. Həyat uğrunda mübarizə, ilham və inam haqqında motivasiyalı hekayə.

2. "Ağ fillər" (E. Heminquey)

Ernest Heminquey, həyatın əsl mahiyyətini açan qısa, canlı, intriqa yaradan və yalnız ən vacib mövzularda şah əsərlər yaradıb.

3. "Adi nağıl" (A. Miln)

"Vinni-Pux"un müəllifinin bu nağılını adi adlandırmaq olmaz. Bu, illüziyalar, çevrilmələr və sehrbazlıq haqqında heyrət doğuran hekayədir.

4. "Üçündən hansı?" (A. Çexov)

"Köhnə, amma həmişə yeni hekayə", - əsərin yarımbaşlığı belədir. Hekayə həqiqətən əbədiyyət — sevgi, seçim və xoşbəxtlik haqqındadır.

5. "Kirpi. Hədər yerə təlaş haqqında hekayə" (Q. Qorin)

Bu hekayəni hər bir yaşlı insan uşaqlığın artıq geridönməz olduğunu dərk edəndə oxumalıdır. Bu hekayə uşaq dəyərləri haqqındadır, bunu unutmaq lazım deyil.

6. "Qarışıqlıq" (A. Kuprin)

Başlanğıc artıq özü haqqında özü danışır: " — Mənə elə gəlir ki, heç kəs Milad bayramını min səkkiz yüz doxsan altıncı ildə mənim pasiyentlərimdən biri kimi orijinal şəkildə qeyd etməyib, — şəhərdə kifayət qədər məşhur olan həkim-psixiatr Butınskiy dedi".

7. "Fayton" (N. Qoqol)

Qoqolun həmişəki kimi canlı və həyati hekayəsi. Bu komediyanı oxuduqdan sonra gülməkdən ağlamaq istəyirsən.

8. "Amurun oxları" (R. Kiplinq)

Kiplinq gənc qızın zəngin, amma cavan olmayan və ürəyə yatmayan birisinə ərə verilməsi kimi tipik vəziyyəti qısa və lakonik təsvir edib. Amma məlum olur ki, uşaqlar valideynlərinin sözünə heç də həmişə riayət etmirlər. Bəzən onlar öz şəxsi planı üzrə hərəkət edirlər.

9. "Ərəbistan" (C. Coys)

Oğlanın öz rəfiqəsinə xeyriyyə bazarından hədiyyə almaq kimi gizli xəyalı onun xahişini unutmuş valideynlərin soyuq münasibətinin nəticəsi kimi, boş bir şey üstündə kobud şəkildə sınır. Bu hekayə umu-küsülərlə, acı sözlərlə, eyni zamanda isti uşaq sevgisi və təsirli pərəstişlə doludur.

10. "Söz" (V. Nabokov)

Vladimir Nabokovdan əsl hekayə-tapmaca. Günəşdən və ümiddən toxunmuş hekayə. Oxuduqdan sonra hər kəs özü üçün o yeganə xüsusi sözü tapacaq.

Tərcümə: Ramil Rahiboğlu

Qaynar.info