“Atam bəziləri kimi 5 arvad saxlamır” - Qüdrət Şükürovun qızı

“Atam bəziləri kimi 5 arvad saxlamır” - Qüdrət Şükürovun qızı

05-10-2018 14:49 / Bu xəbər 513 dəfə oxundu

Aysel Şükürova atası Qüdrət Şükürovun Bakı Lift-Təmir İstehsalat Birliyinin rəisi vəzifəsindən azad olunmasına münasibət bildirib.

Bu barədə o, instaqramda yazıb.

"Şəxsi həyatımdan danışmağı sevməmişəm. Amma bəzən məcbur olursan. Bir-iki kəlmə yazıb söhbəti bağlamaq istəyirəm. Bir daha bu mövzuda danışmayacam. Atam fəhləlikdən bu yerinə kimi öz zəhməti ilə gəlib. Kişi kimi insandır. Bəziləri kimi orda-burda 5 arvad saxlamır. Hər kəs bilir ki, ailəsinə bağlıdır. Atamın işdən çıxıb-çıxmamağı barədə heç nə deyə bilmərəm. Həqiqətən də maraqlanmıram. Bizə onun canının sağlığı vacibdir. Yenə yalan xəbərlər yazırlar. Heç kim ölənə qədər işləmir. Atam heç kimin pulunu yeməyib, alnıaçıq və təmiz insandır. Heç kim onu şərləyə bilməz”, - Şükürova bildirib. 

Ötən il qızının 400 min dollarlıq toyu ilə gündəmə gələn Qüdrət Şükürov barədə müxtəlif məlumatlar yayılmışdı. Hətta Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən "Bakılifttəmir” İstehsalat Birliyində maliyyə fırıldaqları və məmurların gəlir mənbələri, həmçinin baş direktor Qüdrət Şükürovla bağlı araşdırmalara başlanıldığı iddia olunurdu.