Atambayev dövlət çevrilişi və qətldə ittiham olunur

Atambayev dövlət çevrilişi və qətldə ittiham olunur

13-08-2019 13:36 / Bu xəbər 295 dəfə oxundu

Qırğız Respublikasının keçmiş prezidenti Almazbek Atambayevə qarşı dövlət çevirilişi hazırlamaq ittihamı irəli sürülüb.

RİA "Novosti” xəbər verir ki, bunu Qırğız Respublikası Dövlət Təhlükəsizlik Komitəsinin başçısı Orozbek Opumbayev bildirib.

"Açıq şəkildə bəyan edirəm, Atambayevə qan lazım idi. Ona hakimiyyət çevirilişi etmək üçün ona qan lazım idi”, - deyə o vurğulayıb.

Komitə başçısı Atambayevi xüsusi təyinatlılara atəş açmaq ittiham edib: "İstintaqın bunları araşdıracağına əminəm”.

Baş Prokurorluğun Axtarış-əməliyyat fəaliyyəti və təhqiqatlara nəzarət üzrə idarənin rəisi Zamir Beyşekeyev avqustun 13-də keçirilən mətbuat konfransında bildirib ki, Almazbek Atambayev qətldə və başqa ağır cinayətlərdə ittiham olunur.

Qırğız Respublikasının qanunlarına əsasən, keçmiş prezident bu maddələr üzrə ömürlük azadlıqdan məhrum edilə bilər.

Avqustun 7-də Almazbek Atambayevin tutulması ilə bağlı Koy-Taş kəndində yerləşən iqamətgahına ölkənin təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən hücum olub. Qarşıdurma nəticəsində azı 136 nəfər yaralanıb, 1 nəfər ölüb.