Atatürk parkındakı obyektlər sökülür (FOTOLAR)

Atatürk parkındakı obyektlər sökülür (FOTOLAR)

11-12-2018 14:15 / Bu xəbər 964 dəfə oxundu

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun əmri ilə "Gənclik” metrosu yaxınlığındakı Atatürk parkında restoran, ticarət və ictimai-iaşə obyektlərinin söküntüsü həyata keçirilir.  
 
Bu barədə unikal.az.org məlumat yayıb. 

Söküntü işlərinə Bakı şəhər mənzil-kommunal təsərrüfatının texnikası və canlı qüvvəsi cəlb edilib. Bu isə orada yerləşən obyekt sahiblərinin narazılığına səbəb olub. 

İcra hakimiyyətindən isə bildiriblər ki, aparılan işlər parkın yenidən qurulması və abadlaşdırılması ilə bağlıdır.