ATƏT PA-nın sədri vəzifəsindən istefa verdi

ATƏT PA-nın sədri vəzifəsindən istefa verdi

09-11-2017 23:18 / Bu xəbər 129 dəfə oxundu

ATƏT-in  Parlament Assambleyasının (PA) sədri, avstriyalı deputat Kristin Muttonen vəzifəsindən istefa verib.

"Report” TASS-a istinadən xəbər verir ki, buna səbəb onun ötən ay Avstriyada keçirilən parlament seçkiləri zamanı deputat matdatına yiyələnməməsi olub.

K.Muttonenin vəzifəsini gələn ilin yayınadək müavini, gürcü deputat Georgiy Tsereteli icra edəcək.

G. Tsereteli qurumun baş katibi Roberto Montella və assambleyanın aparat əməkdaşları ilə keçirdiyi görüş zamanı ATƏT dəyərlərini, münaqişələrin nizamlanmasında qurumun rolunun qorunması və Avropada təhlükəsizlik problemlərinə kompleks yanaşmanın əsas prioritetlərindən olacağını vurğulayıb.

Qeyd edək ki, G. Tsereteli 1995-1998-ci illərdə Tbilisinin vitse-meri, 1999-cu ildə Gürcüstan parlamentinə seçilib, habelə ölkənin vitse-baş naziri və nazir vəzifələrini icra edib. 

O, 2012-ci ildən AŞPA PA sədrinin müavini olub.