Avropa Birliyi koronavirusla bağlı 230 milyon vəsait ayırdı

Avropa Birliyi koronavirusla bağlı 230 milyon vəsait ayırdı

24-02-2020 16:27 / Bu xəbər 741 dəfə oxundu

Avropa Birliyi (AB) koronavirusla mübarizəyə 230 milyon avro həcmində vəsait ayırdığını açıqlayıb.

Bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, Avropa Birliyinin Böhranın İdarə Olunması üzrə Komissarı Yanez Lenarçiç bu açıqlama ilə Brüsseldə keçirdiyi mətbuat konfransında çıxış edib. 

O deyib ki, bu addımı ilə Avropa Birliyi koronavirusla mübarizə aparan beynəlxalq kampaniyalara dəstək ifadə edib: "Avropa Birliyi koronavirusla mübarizədə beynəlxalq səylərə dəstək olaraq 230 milyon avro həcmində vəsait ayırıb”.

Çində yayılan 12:00, koronavirus artıq bir çox ölkələrə yayılıb. Çin Dövlət Səhiyyə Komitəsinin yaydığı məlumata görə, bu günədək sağalanların sayı 24734 nəfərdir.

İranda isə bu virusa 47 nəfərin yoxluxduğu, 12 nəfərin öldüyü deyilir. Artıq bölgə ölkələri - Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstan İranla əlaqələri məhdudlaşdırıb.