Avropa İttifaqı çirkli pullarla mübarizəyə başladı

Avropa İttifaqı çirkli pullarla mübarizəyə başladı

12-10-2018 16:05 / Bu xəbər 1717 dəfə oxundu

Oktyabrın 11-də Avropa Birliyinin (AB) üzv dövlətləri çirkli pullara qarşı mübarizə ilə bağlı qaydaların sərtləşdirilməsinə dair nizamnamə qəbul edib.

Toplum.tv  Türkiyə KİV-nə istinadən xəbər verir ki, 28 üzv ölkənin nazirləri, Lüksemburqda Ədalət və Daxili İşlər Şurasının iclası üçün bir araya gəlib.

Aİ Şurasının açıqlamasına əsasən, üzv dövlətlər çirkli pullara qarşı mübarizə haqqında nizamnamə ilə bağlı dəyişiklikləri qəbul ediblər.

Cinayətkarların maliyyə vəsaitlərindən istifadə etmələrinə mane olmaq üçün yeni cərimələr tətbiq edən nizamnamədə, çirkli pulların yuyulması halları müəyyən edilib.

Çirkli pulların yuyulması ilə məşğul olanlara 4 ilədək həbs cəzasının verilməsi və hakimlərin əlavə cərimələr tətbiq etməsinin nəzərdə tutulduğu nizamnamədə, çirkli pulların yuyulmasının cinayət təşkilatları ilə əlaqədar olması ağırlaşdırıcı hal hesab edilib.

Nizamnamə, həmçinin pulların yuyulmasına dair araşdırmaları təkmilləşdirmək üçün məhkəmə və polis əməkdaşlığını asanlaşdırıb.

Sözügedən dəyişikliklər Aİ-nın Rəsmi mətbu orqanında dərc olunduqdan sonra 24 ay ərzində üzv dövlətlərin milli qanunvericiliyinə daxil ediləcək.

Türkan Bəşir