Avropa İttifaqı şirkətləri Azərbaycanda gözlədikləri islahatları açıqlayıb

Avropa İttifaqı şirkətləri Azərbaycanda gözlədikləri islahatları açıqlayıb

13-06-2019 14:19 / Bu xəbər 727 dəfə oxundu

Azərbaycanda fəaliyyət göstərən Avropa İttifaqı (Aİ) şirkətləri ölkədə gözlədikləri 5 vacib islahatı açıqlayıb.

Bu barədə Alman-Azərbaycan Xarici Ticarət Palatasının rəy sorğusu əsasında hazırladığı "Aİ və Azərbaycanda Biznes Mühiti-2019” hesabatında bildirilir.

Sənədə əsasən, rəyi soruşulan şirkətlərin 17%-i vergi sistemində şəffaflığın artırılmasını, 16%-i gömrük sistemində şəffaflığın artırılmasını, 13%-i təhsil sisteminin onların tələblərinə uyğunlaşdırılmasını, 13%-i hüquq sistemində şəffaflığın təmin edilməsini, 11%-i isə maliyyə sektorunda şəffaflığın və sabitliyin gücləndirilməsini istəyiblər.