Avropa İttifaqı: Suriyadan yeni miqrant axını ola bilər

Avropa İttifaqı: Suriyadan yeni miqrant axını ola bilər

17-10-2019 11:41 / Bu xəbər 1186 dəfə oxundu

Avropa Komissiyası Avropaya miqrant axınını dayandırmaq yox, idarə olunmasını təkmilləşdirmək yolunu tapmaq niyyətindədir.

TASS xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) miqrasiya, vətəndaşlıq, daxili işlər komissarı Dimitris Avramopulos Brüsseldə keçirdiyi brifinq (mətbuat nümayəndələrinin qısa yığıncağı) zamanı bildirib.

"Gəlin dürüst olaq: miqrasiya olub və olacaq. Əsas olan onu dayandırmaq yox, onun idarəetməsini təkmilləşdirməyin yolunu tapmaqdır”, - deyən Aİ rəsmisi Suriyanın şimal-şərqində Türkiyə Ordusunun əməliyyatı nəticəsində bu sahədəki vəziyyətin yenidən kəskinləşə biləcəyini qeyd edib.

Avropa Komissiyasının miqrasiya məsələsinə dair fəaliyyətini qiymətləndirən komissar 2016-2019-cu illər ərzində İttifaq ölkələrində kvota əsasında 55 minədək miqrantı yerləşdirdiklərini, bunun "böyük nailiyyət” olduğunu diqqətə çatdırıb.

2015-ci ildən etibarən Avropa İttifaqının xarici sərhədlərini keçən qanunsuz miqrantların sayı 2,5 milyondan artıqdır.