Avropa İttifaqının nümayəndəsi Bakıdadır

Avropa İttifaqının nümayəndəsi Bakıdadır

07-11-2018 12:51 / Bu xəbər 1489 dəfə oxundu

Noyabrın 7-də Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaarın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana gəlib.

Noyabrın 7-də onu Azərbaycan prezidenti İlham Əliyev qəbul edib.

Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Hələlik, görüşün detalları açıqlanmır.

Səfərin iki gün davam edəcəyi, T.Klaarın ölkənin daha bir neçə rəsmi şəxsi ilə görüşü nəzərdə tutulur.

Səfər zamanı Azərbaycanla Aİ arasında əməkdaşlığın möhkəmləndirilməsi, eləcə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərinin müzakirə ediləcəyi gözlənir.