Avropa Liqası: “Qarabağ” ilki reallaşdırdı, rəqibləri xal itirdi (VİDEO)

Avropa Liqası: “Qarabağ” ilki reallaşdırdı, rəqibləri xal itirdi (VİDEO)

02-10-2015 01:52 / Bu xəbər 3195 dəfə oxundu

Bu gün Avropa Liqasında qrup mərhələsinin ikinci turunun oyunlarına start verilib.
 
APA-nın məlumatına görə, Azərbaycanı turnirdə təmsil edən "Qarabağ" doğma meydanda Belçika "Anderlext"i ilə qarşılaşıb.
 
İlk turda İngiltərə "Tottenhem"inə uduzmuş Qurban Qurbanovun komandası  1:0 hesablı qələbə qazanmağa nail olub.
 
Avropa Liqası, qrup mərhələsi
II tur

1 oktyabr
 
J qrupu
 
"Qarabağ” (Azərbaycan) – "Anderlext” (Belçika) - 1:0
Qol: Almeyda, 36

Baş hakim: Oliver Draxta (Avstriya)
Bakı. T.Bəhramov adına Respublika stadionu