Avropa Parlamenti Əfqan Muxtarlı ilə bağlı qətnamə qəbul etdi

Avropa Parlamenti Əfqan Muxtarlı ilə bağlı qətnamə qəbul etdi

15-06-2017 15:26 / Bu xəbər 226 dəfə oxundu

Avropa Parlamentində jurnalist Əfqan Muxtarlı və Azərbaycanda media azadlığı ilə bağlı qətnamə layihəsi səsə qoyularaq qəbul olundu.

Layihədə deyilir ki, Gürcüstan İnsan Haqları üzrə Avropa Konvensiyasının tərəfdar dövlətidir və onun ərazisində yaşayan Azərbaycan vətəndaşlarının təhlükəsizliyini təmin etmək, onların güclə vətənə aparılmasının qarşısını almaq məsuliyyəti var. Halbuki Azərbaycan vətəndaşlarına tez-tez yaşama izni verməkdən imtina olunur.

Qətnamə Əfqan Muxtarlının oğurlandığını bildirərək bunu kəskin şəkildə pisləyir və insan haqlarının ciddi şəkildə pozulması adlandırır. Qətnamədə həmçinin Azərbaycanda insan haqlarına basqılar da pislənilir.

Әfqan Muxtarlının hәbsindә Gürcüstan hakimiyyәtinin dә mәsuliyyәt daşıdığı bildirilir. Әfqan Muxtarlının dәrhal azad olunması vә ailәsinin yanına qayıtmasının tәmin edilmәsi tәlәb olunur.

Layihə Gürcüstan hakimiyyətinin, Gürcüstan dövlətinin bu hadisə ilə bağlı olması barədə bütün şübhələrə aydınlıq gətirilməsi üçün bütün mümkün addımların atılmasının vacib olduğunu bildirir.

Sənəddə bloger və ictimai fəal Mehman Qələndərlinin aprelin 28-də, həbsxanada baş vermiş ölümünü araşdırmağa çağırır.

Sənəddə həmçinin digər siyasi məhbus sayılan şəxslərin, İlkin Rüstəmzadə, Rəşad Ramazanov, Seymur Həzi, Qiyas İbrahimov, Mehman Hüseynov, Bayram Məmmədov, İlqar Məmmədov, Araz Quliyev, Tofiq Həsənli, Elgiz Qəhrəmanov, Əfqan Sadıqov və digərlərinin azadlığa buraxılması tələb olunur, İntiqam Əliyev və Xədicə İsmayılovaya qarşı bütün ittihamların ləğv olunması tələb olunur.

Arqument.Az