Avropa Şurası Rusiyaya sanksiyaları qaldırmağı nəzərdən keçirir

Avropa Şurası Rusiyaya sanksiyaları qaldırmağı nəzərdən keçirir

27-11-2017 11:48 / Bu xəbər 1586 dəfə oxundu

Avropa Şurası Rusiyaya Ukraynanın Krım vilayətinin ilhaqından sonra qoyulan sanksiyaları qaldırmağı nəzərdən keçirir. 

Bunu qurumun baş katibi Thorborn Jaqland "The Financial Times” qəzetinə deyib.

Jagland-ın fikrincə, Avropa Şurası təmsilçiləri anlamalıdırlar ki, qurumun əsas mandatı istər Rusiyada olsun, istər Krımda, insan haqlarının müdafiəsidir.

Rusiya Avropa Şurası Parlament Assambleyasında səsvermə hüququnun bərpasını tələb edir. 

O, həmin hüquqdan 2015-ci ildə məhrum olub. Jaqland deyir ki, əgər bu həyata keçirilməsə, Rusiya qurumdan çıxa bilər ki, bu da insan haqlarının müdafiəsinə mənfi təsir göstərər.

Baş katibin fikrincə, Avropa İnsan Haqları Konvensiyası və Avropa məhkəməsi Rusiya və onun vətəndaşları üçün vacibdir. Rusiya qurumdan çıxarsa, 140 milyon rusiyalı Strasburq məhkəməsinə çıxışdan məhrum olar.

Jaqland bildirib ki, sanksiyaların qaldırılmasının nəzərdən keçirilməsi Avropa Şurasının Krımın anneksiyasını qəbul etməsi anlamına gəlmir.