Avropa Şurasına sədrlik Gürcüstana keçəcək

Avropa Şurasına sədrlik Gürcüstana keçəcək

11-11-2019 15:19 / Bu xəbər 983 dəfə oxundu

Gürcüstan noyabrın 27-dən başlayaraq Avropa Şurasına (AŞ) 6 ay müddətinə sədrlik edəcək.
 
Report xəbər verir ki, sədrliyin ölkəyə rəsmi təqdim olunması mərasimi həmin tarixdə Strasburqda keçiriləcək.

Gürcüstanda rəsmi səfərdə olan AŞ-in baş katibi Mariya Peyçinoviç Buriç ölkənin xarici işlər naziri David Zalkaliani ilə görüşdə bu məsələni müzakirə edib.

Baş katib səfəri çərçivəsində qonşu ölkənin bir sıra yüksək vəzifəli şəxsləri ilə görüşəcək. 

Tbilisidə AŞ-nin 70 illiyi, Gürcüstanın təşkilata üzv olmasının 20-ci ildönümünə həsr olunan tədbirlər və təşkilatın Gürcüstan üzrə 2020-2023-cü illər üçün fəaliyyət planının rəsmi təqdimatının keçirilməsi də planlaşdırılıb.

Gürcüstan ilk dəfə olaraq AŞ-yə sədrlik edəcək. Qonşu ölkə təşkilatın Nazirlər Komitəsinə sədrliyi 2020-ci ilin may ayına qədər yerinə yetirəcək.