Avtovağzal fəaliyyətini dayandırır?

Avtovağzal fəaliyyətini dayandırır?

19-03-2020 14:03 / Bu xəbər 1270 dəfə oxundu

Nazirlər Kabinetinin qərarı ilə martın 19-dan 29-dək şəhər və rayon qeydiyyatında olan nəqliyyat vasitələrinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılması dayandırılır. 

Bu qayda Bakı Beynəlxalq Avtovağzal Kompleksinin sərnişin daşımasına da şamil oluna bilərmi? Bununla bağlı qurumdan konkret cavab verilmir. 

BBAK-ın mətbuat katibi Pərvin Məmmədova Toplum Tv-yə bildirib ki, bununla bağlı indilik qəti qərar yoxdur, bu haqda martın 19-da daha dəqiq məlumat olacaq. Onun sözlərinə görə, gediş-gəlişin dayandırılması ilə bağlı qərar verilsə, sərnişinlərin həmin tarixlərə aldıqları biletlərə görə kompensasiya ödənəcək. 

"Sadəcə, bir qədər səbr etmək lazımdır ki, sərnişinləri çaşdırmayaq, doğru məlumat verək”, - Pərvin Məmmədova deyib.

O, qərar olan kimi bu haqda  ictimayyətə ətraflı məlumat veriləcəyini qeyd edib.