AXCP liderinin telefonları bloklandı

AXCP liderinin telefonları bloklandı

26-05-2020 02:28 / Bu xəbər 1275 dəfə oxundu

Son iki gündə AXCP sədri Əli Kərimli üçün  alınan iki yeni telefon nömrəsi bloklanıb.

Partiyadan "Turan"a bildiriblər ki, yeni nömrələr Kərimli onlardan istifadə etməyə başladıqdan 20 dəqiqə sonra bloklanıb. 

"Bu, bir daha təsdiqləyir ki, AXCP rəhbərinin  blokadası hökumət səviyyəsində aparılır, - deyə  AXCP-dən bildiriblər.

Xatırladaq ki, Kərimli bir ay yarımdır ku faktiki ev dustaqı vəziyyətindədir və  xarici aləmlə ilə əlaqələrdən məhrumdur.