AXCP üzvü 10 sutka azadlıqdan məhrum edildi

AXCP üzvü 10 sutka azadlıqdan məhrum edildi

11-07-2017 12:41 / Bu xəbər 943 dəfə oxundu

İyulun 9-da "Siyasi məhbuslara işgəncələrə qarşı" tələbiylə təkbaşına aksiya keçirən AXCP üzvü Füzuli Hüseynov Səbail polisi tərəfindən saxlanılıb. 

Saxlanılandan sonra 1 sutka onun barəsində yaxınlarına heç bir məlumat verilməyib. 

İyulun 10-da Səbail rayon Məhkəməsinin qərarı ilə Füzuli Hüseynov 10 sutka azadlıqdan məhrum edilib.

Füzuli Hüseynov bir müddət əvvəl də təkbaşına aksiyalar keçirmişdi və sonuncu dəfə Nəsimi rayon məhkəməsinin qərarı ilə 200 manat cərimə olunmuşdu.

Mənbə: Meydan Tv