AXCP üzvü həbs edilib

AXCP üzvü həbs edilib

11-08-2017 23:34 / Bu xəbər 1481 dəfə oxundu

''Güman ki, siyasi məhbuslara yardım ilə bağlı yazdığı statusuna görədir''

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Sumqayıt şәhәr şöbәsinin gәnclәr komitәsinin sәdri Ruslan Qarayevə 20 sutka həbs cəzası verilib. 

Bu barədə onun dostları "Facebook"-da yazıblar. 

Bildiriblər ki, bütün günü ondan xəbər ala bilməyiblər. Günün sonunda isə həbs edildiyi məlum olub:

''Məhkəməyə aparılanda heç bir məlumat vermədilər. Sumqayıt Rayon Məhkəməsinin qərarı ilə həbs edilib. Maddəsi bilinmir. Hazırda Sumqayıt Baş Polis İdarəsindədir.

Güman edirik ki, o, siyasi məhbuslara yardım ilə bağlı statusuna görə həbs edilib. Çünki ''Facebook'' səhifəsinə girib statuslarını siliblər. Orada olduğu müddətdə ''Whatsapp''na da girmişdilər''.