AXCP üzvü inzibati həbs edilib

AXCP üzvü inzibati həbs edilib

07-05-2019 14:41 / Bu xəbər 815 dəfə oxundu

"Səbəb sosial şəbəkələrdə hakimiyyətin əleyhinə yazdığı statusdur"

Salyan Rayon Məhkəməsi mayın 7-də AXCP üzvü Əlizamin Salayevin 15 sutka azadlıqdan məhfrum edilməsi haqda qərar çıxarıb.

Bu barədə AXCP mətbuat xidmətindən Meydan TV-yə məlumat daxil olub.

Bildirilib ki, Əlizamin Salayev yeni il başlayandan artıq üçüncü dəfədir İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə ittiham olunaraq sutkalıq cəza alır: "Bu gün 15 sutka azadlıqdan məhrum olunmasına səbəb isə onun sosial şəbəkədə hakimiyyətin əleyhinə yazdığı statusdur”.
 
Meydan.Tv