AXCP üzvünə hökm oxundu

AXCP üzvünə hökm oxundu

16-06-2017 18:19 / Bu xəbər 1065 dəfə oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Fuad Əhmədlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
 
Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə F. Əhmədlinin vəkili Əsabəli Mustafayev çıxış edib. 

Vəkil bəraət hökmünün çıxarılmasını istəyib.
 
Fuad Əhmədli  hər hansı bir cinayət törətmədiyini bildirib.
 
Hökmə əsasən, F. Əhmədli 4 il müddətinə azadlıqdan məhrum edilib.

İyunun 6-da dövlət ittihamçısı  Fuad Əhmədlinin 7 il azadlıqdan məhrum edilməsi ilə yanaşı, həm də ona 3 il vəzifə tutma qadağasının tətbiqini istəyib.

Fuad Əhmədli 2016-cı il avqustun 17-də saxlanılıb. İttihama görə, o, işlədiyi «Azerfon» şirkətində texniki vasitələrdən istifadə etməklə, bir sıra müştərilər haqda fərdi məlumatları kənar şəxslərə ötürüb. Həmçinin iddia olunur ki, Fuadın həbsindən sonra onun yaşadığı evdə aparılan axtarış nəticəsində Fethullah Gülen-ə aid materiallar olan disklər, kitablar tapılıb.

F.Əhmədli isə bütün bunları yalan  adlandırır.

Türkiyə hökuməti F.Gülənin keçənilki iyul çevriliş cəhdi arxasında durduğunu deyir, ABŞ-dan onun ekstradisiyasını istəyir. Gülən isə ittihamları rədd edir.

APA