“Ayda 120 min manat “paket” alırdı…” – Habil Məmmədovla bağlı yeni iddialar

“Ayda 120 min manat “paket” alırdı…” – Habil Məmmədovla bağlı yeni iddialar

19-02-2019 01:38 / Bu xəbər 963 dəfə oxundu

Vergilər Nazirinin sabiq müşaviri, hazırda Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun müşaviri vəzifəsində işləyən Habil Məmmədovla bağlı gizli faktlar üzə çıxıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, Vergilər naziri Fazil Məmmədovun dövründə H. Məmmədov hər ay 120 min manat paket şəklində pul alırmış. Bu proses 2015-ci ildə olan birinci devalvasiyaya qədər davam edib. Devalvasiyadan sonra isə müşavirin alacağı məbləğ 70 minə qədər azaldılıb.

Fazil Məmmədov işdən azad olunandan sonra isə yeni vergilər naziri Mikayıl Cabbarov bu məbləği ləğv edib və H. Məmmədovu tutduğu vəzifədən azad edib.

Xatırladaq ki, Məmmədov Habil Amil oğlu sabiq vergilər naziri Fazil Məmmədovun büdcə proqnozlarının icrası üzrə müşaviri vəzifəsində çalışıb.

Bu yaxınlarda isə o, Himayəçilik Şurasının qərarı ilə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib.