5 yazar "Ədəbiyyat adamı" mükafatının qalibi oldu

5 yazar

10-05-2019 20:20 / Bu xəbər 678 dəfə oxundu

Azərbaycan Yaradıcılıq Fondunun (AYF) ötən ildən təqdim etməyə başladığı "Ədəbiyyat adamı - 2019" mükafatının qalibləri müəyyənləşib. 

"Ədəbiyyat adamı” adlanan bu layihə çərçivəsində ölkə daxilində və xaricində çoxspektrli tədbirlər, konfranslar, poeziya gecələri, görüşlər, kütləvi açıq mühazirələr, qapalı seminarlar keçirilməsi, mükafatların verilməsi nəzərdə tutulub.

Fondun daxili müzakirələri nəticəsində aşağıdakı beş yazıçı bu ilin qalibi seçilib: Şərif Ağayar, Vaqif Yusifli, Vaqif Nəsib, Mehman Qaraxanoğlu və Aysel Əlizadə.

Mükafatın məbləği 1000 manatdır.

Mükafat qaliblərə gələn həftə - may ayının sonunda təqdim ediləcək.

"Ədəbiyyat adamı” mükafatının hər il may ayında beş nəfərə təqdim edilməsi nəzərdə tutulub. 

Ötən il "Ədəbiyyat adamı - 2018" mükafatına Nəriman Əbdülrəhmanlı, Səlim Babullaoğlu, Seyfəddin Hüseynli, Elnarə Akimova, Şirindil Alışanlı layiq görülüblər.