Azad Həsənovun məhkəməsi təxirə salındı

Azad Həsənovun məhkəməsi təxirə salındı

15-07-2019 13:35 / Bu xəbər 225 dəfə oxundu

Müsavat fəalı Azad Həsənovun məhkəməsi yenə təxirə salınıb. 

Arqument.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat Partiyasının fəalı Azad Həsənovun məhkəməsi təxirə salınıb. Səbəb kimi məhkəmənin sorğusuna polisin cavab verməməsi göstərilib. 

Fəalın məhkəməsi 22 iyul saat 11:30 tarixinə keçiriləcək. 

2014-cü ildən Litvada siyasi mühacir kimi yaşayan A.Həsənov 2018-ci il oktyabrın 10-dan 11-nə keçən gecə Bakıya gəlib. 

Gəlişinin səbəbi atasının səhhətinin ağır olması ilə bağlı olub. Siyasi fəal elə həmin gün - oktabrın 11-də həbs olunub. 

O, Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddə əldə etmə, daşıma və ya saxlama satış məqsədilə olduqda) maddəsilə ittiham olunur.

Beynəxlaq və yerli hüquq müdafiə təşkilatları, həmçinin ölkədəki siyasi təşkilarlar Azad Həsənovu siyasi məhbus kimi tanıyıblar.

Müsavat Partiyası bəyanat yayaraq, həbsin siyasi sifariş olduğunu açıqlayıb. 

Azad Həsənov Litvada yaşayarkən, siyasi məhbusların azad olunması tələbilə bir neçə dəfə diplomatik korpusların qarşısında etiraz aksiyası keçirib.