AZAL qiymətləri kəskin azaltdı: Bakı-İstanbul - 90 manat

AZAL qiymətləri kəskin azaltdı: Bakı-İstanbul - 90 manat

15-07-2015 14:19 / Bu xəbər 2225 dəfə oxundu

AZAL qiymətləri azaldıb.

Turizm şirkətlərindən AzNews.az-a daxil olan məlumata görə, prezidentin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda AZAL-da qiymətlərin bahalılığı ilə bağlı tənqidlərindən sonra şirkət qiymətləri aşağı salıb.

Belə ki, Azərbaycanda yerləşən turizm şirkətlərinə AZAL-dan bununla bağlı müvafiq məktub göndərilib. Məktubda Bakı-İstanbu reysinin 90 manat olması ilə bağlı göstəriş yer alıb. 

Qərarın nə vaxt qüvvəyə minəcəyi isə hələki dəqiq deyil.
 
Arqument.Az