Azarkeşlər "Qarabağ"ı belə qarşıladılar (VİDEO/FOTO)

Azarkeşlər

24-08-2017 14:38 / Bu xəbər 6888 dəfə oxundu

Azərbaycan futbolunda tarix yazan "Qarabağ" Vətənə qayıdıb.

Baku.ws xəbər verir ki, turnirdəki təmsilçimiz "Qarabağ” həlledici qarşılaşmada "Kopenhagen" klubunu keçərək Çempionlar Liqasına vəsiqə qazanıb. 

Qurban Qurbanovun komandası artıq Bakıdadır. Təmsilçimizi minlərlə futbolsevər qarşılayıb. 

Ağdam klubu Bakıdakı ilk oyunda 1:0 hesablı qələbə qazandığından səfərə üstün yollanıb. 

"Qarabağ” növbəti dəfə tarix yazmaqla Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu kimi tarixə düşüb.