Azər Qasımlı azadlğa çıxıb

Azər Qasımlı azadlğa çıxıb

28-06-2018 16:24 / Bu xəbər 627 dəfə oxundu

Azər Qasımlı: "Həbs faktının özü mənə qarşı ən böyük təzyiq idi”

Mayın 29-da 30 sutka inzibati cəza alan ReAL İdarə Heyətinin üzvü Azər Qasımlının həbs müddəti bitib və o, bu gün azad edilib.

Azər Qasımlı deyib ki, həbs edilməsi ona qarşı ən böyük təzyiq idi: 

"Çünki həbsim qeyri-qanuni idi və məqsəd siyasi fəaliyyətimi məhdudlaşdırmaqdan ibarət olub. Digər təzyiqlərə gəlincə, ciddi təzyiq olmayıb. Hətta sevindirici haldır ki, bizim polis sistemində vicdanlı insanlar düşündüyümüzdən daha çoxdur. Amma bu sistem kökündən dəyişməlidir ki, qanunsuzluqlar baş verməsin”.

O, siyasi fəaliyyətini əvvəlki qaydada davam etdirəcəyini bildirib:

"Biz hər zaman qanunlar çərçivəsində fəaliyyət göstərmişik, bundan sonra elə davam edəcək”.

ReAL partiyası mayın 28-də Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyini qeyd etmək üçün Bakının İstiqlaliyyət küçəsində Cümhuriyyət banilərinə qoyulan abidəni kütləvi ziyarət etmək çağırışı edib. Çağırışa yüzlərlə insanın qoşulduğu bildirilib. Polis ilkin olaraq tədbirə mane olmaq istəsə də, sonradan ziyarətçiləri 2-3 nəfərlik qruplarla abidəyə yaxın buraxıb.

ReAL partiyasının məclis üzvü Azər Qasımlı bir gün sonra 30 sutkalıq həbs edilib.

Qərar Yasamal rayon məhkəməsi tərəfindən verilib.

A.Qasımlı polisin qanuni tələbinə tabe olmamaqda ittiham edilir. Bununla belə A.Qasımlının hansı şəraitdə polisin tələbinə əməl etməməsi məlum deyil.///meydan tv-yə