Azər Qasımlı Baş Prokurorluğa müraciət etdi

Azər Qasımlı Baş Prokurorluğa müraciət etdi

30-09-2016 10:17 / Bu xəbər 1087 dəfə oxundu

Respublikaçı Alternativ Hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlı ölkədən çıxışına qoyulanq adağa ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin Rəisi Eldar Əhmədova ərizə ilə müraciət edib.

Arqument.Az xəbər verir ki, bu barədə məlumatı Azər Qasımlının özü yayıb
 
Azər Qasımlı bildirir ki, bu gün şəxsi işləri ilə bağlı 2 günlük İstanbula getməli imiş, lakin heç bir əsası olmadan qoyulan qadağa buna maneə olub: "Biletimi də 2 həftə əvvəl almışdım. Ölkədən çıxışıma qoyulan qadağa tam qanunsuzdur. Haqqımda nə cinayyət işi açılıb, nə də ki, məhkəmənin hər hansı qərarı var. Qanuni əsas olmadan ölkədən çıxışımıza qadağa qoyulursa, demək, biz artıq avtoritarlıqdan totalitarlığa yuvarlanırıq. 

Belə davam etsə, Azərbaycanın Şimali Koreyadan, həqiqətən də, heç bir fərqi olmayacaq. Bu gün siyasətçilərə qarşı bunu edirlərsə, sabah hamıya qarşı edəcəklər. Lakin bilirəm ki, totalitar rejim qurmaq cəhdləri olsa da, bunu etmək mümkün olmayacaq".

Xatırladaq ki, Azər Qasımlı sentyabrın 28-də ölkədən çıxarkən Böyük Kəsik keçid məntəqəsində saxlanılaraq geri qaytarılıb. Azər Qasımlıya ölkədən hansı səbəblə buraxılmaması barədə heç bir məlumat verilməyib. 
 
Arqument.Az