Azər Qasımlının ölkədən çıxışına qadağa götürüldü

Azər Qasımlının ölkədən çıxışına qadağa götürüldü

12-07-2019 19:05 / Bu xəbər 1014 dəfə oxundu

İyulun 12-də Respublikaçı Alternativ Partiyasının (ReAl) İdarə Heyətinin üzvü Azər Qasımlının səfər qadağası götürülüb. 

Bu barədə Azər Qasımlı feysbuk hesabında məlumat yayıb.

"Nəsimi Məhkəməsi Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinin ölkədən çıxışıma 3 il əvvəl qoyduğu qadağanı ləğv etdi! Məhkəmə vaxtında başladı və 5 dəqiqə sürdü. Lakin bu hələ ölkədən çıxa bilmə anlamına da gəlmir. Çünki məhkəmə qərarından sonra da problemlər yaradırlar. Hər bir halda yolumuza davam. Hər şey yaxşı olacaq!", - Azər Qasımlı yazıb.

Azər Qasımlıya 2016-cı ilin sentyabrında səfər qadağası qoyulub. Belə ki, o, Gürcüstana gedərkən "Böyük Kəsik" keçid məntəqəsində saxlanılıb və ona səfər qadağasının qoyulduğu bildirilib. 

Toplum.Tv