Azərbaycan Avroviziyada xalları hansı ölkələrə verdi?- (VİDEO)

Azərbaycan Avroviziyada xalları hansı ölkələrə verdi?- (VİDEO)

15-05-2016 12:05 / Bu xəbər 3087 dəfə oxundu

Avroviziya mahnı müsabiqəsində Azərbaycan tamaşaçıları ən çox Rusiyaya səs veriblər.
 
Tamaşaçılar səs verməsi nəticəsində Rusiya Azərbaycandan 12 bal alıb. Şimal qonşumuza eyni qiyməti azərbaycanlı jurilərldə qoyublar.
 
Məlumatla görə, Rusiyalı tamaşaçılar isə Səmranın "Miracle" manhısı 6 balla qiymətləndiriblər. Eyni zamanda Rusiyanın peşəkar jurisi Azərbaycana 10 bal verib, 12 balı rusların həm peşəkar jurisi həm tamaşaçıları Ermənistana verib.

Azərbaycan tamaşaçısının səs verdiyi ölkələrin siyahısı aşağıda təqdim olunub:

Rusiya - 12 xal 

Ukrayna - 10 xal

Bolqariya - 8 xal

Macarıstan - 7 xal

İsrail - 6 xal

Malta - 5 xal 

Fransa - 4 xal

Polşa - 3

Avstraliya - 2

Gürcüstan - 1 xal

Azərbaycandan olan peşəkar juri üzvləri: Gülçöhrə Şəfiyeva, Fərid Əliyev, Eyyub Quliyev, Nərgiz Cəlilova, Təranə Muradova

Azərbaycana verilən xallara gəldikdə isə bu il 10 xalı ölkəmizə Bolqariya və Ukrayna tamaşaçıları, 8 xalı isə belarus və Moldova tamaşaçıları verib. Tamaşıçar səsverməsi nəticəsində Azərbaycan bu il 12 xalı heç bir ölkədən qazanmayıb. 

Bu il müsabiqə iştirakçılarını yeni qaydalar üzrə qiymətləndiriblər. Əvvəlcə hər iştirakçı ölkənin peşəkar jurisinin qiymətləri açıqlanıb, daha sonra isə bu rəqəmin üstünə ölkər üzrə tamaşaçı səsverməsinin nəticəsi əlavə olunub. 

Ukraynanı təmsil edən müğənni Camala peşəkar juri və tamaşaçıların verdiyi səs sayəna görə müsabiqənin qalibi olub. Jurinin səs verməsi nəticəsində o 2-ci yerə çıxıb, tamaşaçıların verdiyi səs isə nəticədə onu müsabiqənin birincisi edib.

ANS PRESS